ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri deyib ki, o, Ukraynadakı vəziyyət haqqında çox düşündüyü üçün gecələr “yata bilmir”.
Onun sözlərinə görə, onun yuxusuzluğuna səbəb Konqresin uzun müddətdən bəri Ukraynaya maliyyə və hərbi yardım üçün əlavə vəsaitin ayrılmasının təsdiq edilməməsidir.
Editor.az bildirir ki, yüksək rütbəli amerikalı məmurun “Puck News”a verdiyi müsahibədə deyib ki, gecələr o, Ukraynanın enerji sistemini necə qorumaq barədə düşünür. “Aydındır ki, mən daima Ukraynanı öz məqsədlərinə çatmaq səylərində dəstəkləmək barədə düşünürəm… Mən tez-tez sadəcə uzanıram… və Ukraynanın enerji sistemini necə qorumaq barədə düşünürəm.
Bütün bunlar mənim yuxusuzluğuma səbəb olur”, – deyə Ceyk Sullivan bildirib. Amerika prezidentinin köməkçisinin sözlərinə görə, İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında hərbi münaqişə də onun yuxusuzluğuna təsir edir. O, etiraf edib ki, HƏMAS döyüşçülərinin 2023-cü il oktyabrın 7-də İsrail yaşayış məntəqələrinə hücumu ABŞ hakimiyyəti üçün “böyük sürpriz” olub, ona görə də indi Vaşinqton Yaxın Şərqdə baş verənlərə “ciddi şəkildə diqqət yetirir”.
//Samir Qurbanov, Editor.az

