Cəzaçəkmə müəssisələrində neçə məhkum koronavirusla bağlı testdən keçirilib? – RƏSMİbackend

Cəzaçəkmə müəssisələrində neçə məhkum koronavirusla bağlı testdən keçirilib? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəzaçəkmə müəssisələrində məhkumların 96 faizi koronavirusa görə testdən keçirilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, bütün cəzaçəkmə müəssisələrində pandemiya ilə bağlı ciddi tədbirlər görülüb:

“Məhkumların hətta 25 faizi təkrar yoxlamalardan da keçirilib. Koronavirusa qarşı mübarizə tədbirləri nəticəsində hər şeyə ciddi nəzarət olunur. Hələ ki, heç bir ciddi narahatlıq qeydə alınmayıb”.