CHP lideri görüşdə belə əyləşmək istəməyib – Ərdoğanın cavabıbackend

CHP lideri görüşdə belə əyləşmək istəməyib – Ərdoğanın cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özellə görüşüb.

Editor.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Baş Qərargahında keçirilən görüş 1 saat 35 dəqiqə davam edib.

“CNN Türk”ün məlumatına görə, görüş çox müsbət və məhsuldar keçib. Tərəflər bir-birinə hədiyyələr verib.

Bildirilir ki, görüş zamanı Özel əyləşmə şəklini tənqid edib. Ərdoğan isə “Dövlət Baxçalı gəldiyi zaman da belə otururuq” deyib. Türkiyə Prezidenti bunu kompensasiya etmək üçün CHP-nin qərərgahına təşrif buyuracağını deyib, Özel isə bundan məmnun olacağını bildirib.

Qeyd edilir ki, dini bayramlarda Ərdoğanla Özel arasında telefon təbriki olacaq, milli bayramlarda isə görüşləri təşkil ediləcək.

Ölkədaxili bir sıra məsələlərin müzakirə olunduğu görüşdən sonra CHP lideri açıqlama verib:

“Görüş müsbət atmosferdə keçdi. Bunun müsbət nəticələr verəcəyinə ümid edirəm. Önümüzdəki günlərdə hadisələri izləyəcəm”.

Qeyd edək ki, bu, hər iki partiyanın liderləri arasında 2016-cı ildən bu yana baş tutan ilk görüşdür.