İstanbul Respublika Baş prokuroru Akın Gürleklə bağlı söylədiyi fikirlərə görə İstanbul Baş Prokurorluğunda CHP sədri Özgür Özəl haqqında istintaq başladılıb.
Belə ki, Özgür Özəl “silahlı terror təşkilatı PKK/KCK üzvü olduğu” üçün həbs olunduqdan sonra Esenyurt bələdiyyə başqanı vəzifəsindən uzaqlaşdırılan Ahmet Özeri həbsxanada ziyarət edib. Ziyarətdən sonra danışan Özəl prokuror Akın Gürleki hədəf alaraq, “Ahmet Özer günahsızdır, bu qavrayış əməliyyatı şərəfsizlikdir! Düşmən Akın Gürlekin əli ilə partiyadaşımız Ahmet Özerə cinayət qanunu tətbiq edir! Sizi xəbərdar edirəm, etməyin. bir ölkənin taleyi ilə oynamayın, kiminsə alətinə çevrilməyin.” .
Bu sözlərdən sonra İstanbul Respublika Prokurorluğu hərəkətə keçib. CHP sədri Özgür haqqında “dövlət məmurunu açıq şəkildə təhqir etmək” və “terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq” ittihamları ilə istintaq başladıb.
//Samir Qurbanov, Editor.az