Cibaliya Qaçqınlar Düşərgəsində ölənlərin sayı 1000-ə çatıbbackend

Cibaliya Qaçqınlar Düşərgəsində ölənlərin sayı 1000-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda ölən, yaralanan və itkin düşənlərin sayının 1000-ə yüksəldiyi bildirilib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu İsrail ordusunun blokada altındakı Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi sayca ikinci hücumdur. Mülki müdafiə qrupları və yerli sakinlər axtarış-xilasetmə əməliyyatına başlayıb. Düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan 6 Blok məhəlləsinin tamamilə dağıdıldığı bildirilib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda isə 48 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.

//Səbinə Hüseynli, Editor.az