Cibimizi boşaldacaq DALĞA yaxınlaşırbackend

Cibimizi boşaldacaq DALĞA yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda mənzil bazarında qiymətlərin nisbi artımı müşahidə edilir. Bu proses ilin əvvəlindən davam etməkdədir. Sadəcə ilin ilk 4-5 ayı ilə müqayisədə qiymət dəyişmələri bir qədər nisbidir”.

Bunu əmlak eksperti Ramil Osmanlı deyib.

O bildirib ki, aylıq qiymət dəyişməsi artımı 1-2% civarındadır ki, bu da mənzil bazarı üçün o qədər də əhəmiyyətli dəyişiklik hesab olunmur:

“İlkin mənzil bazarında tikintinin mərhələsindən asılı olaraq müəyyən qiymət artımları müşahidə olunur. Düşünürəm ki, bu artım tələb və təklifdən daha çox, digər səbəblərdən asılıdır. İnzibati və iqtisadi amillər ilkin mənzil bazarında bahalaşmaya gətirib çıxarır. Kirayə mənzil bazarında isə mövsümlə əlaqədar olaraq tələb həddindən artıq yüksəkdir. Təklif tələbi ödəmir.

“Nərimanov” metrostansiyasının ətrafında yeni tikililərdə təmirli mənzilin 1 kvadratmetrinin qiyməti 2100-2200 manat arasında dəyişir. Təmirsiz mənzillərdə bu rəqəm 1800-2000 manatdır. “Memar Əcəmi” metrostansiyasının ətrafında qiymətlər yeni tikililərdə 1600-1650 manat, “Elmlər Akademiyası” ərazisində 1900-2200 manat, “20 Yanvar” metrostansiyası ətrafında 1500-1650 manat, “İnşaatçılar” ətrafında 1500-1600 manat, “Həzi Aslanov” metrostansiyası ətrafında 1250-1350 manat, “Əhmədli” yaxınlığında 1300-1400 manat, “Neftçilər”, “Qara Qarayev” metrostansiyaları ətrafında 1350-1500 manat arasında dəyişir.

Qiymətlərin azalacağını düşünmürəm. Bunun üçün iqtisadi, yaxud digər formada əsas yoxdur. Hesab edirəm ki, qarşıdakı aylarda qiymət artımı ilə üzləşəcəyik”.

//musavat.com