Səudiyyə Ərəbistanında keçirilən sammitin iştirakçıları Ukraynanın ərazi bütövlüyünə hörmətlə bağlı razılığa gəliblər.
Editor.az bildirir ki, bu barədə “Corriere della Sera” Avropa İttifaqındakı mənbələrə istinadən yazıb. Nəşrin məlumatıa görə, Ciddədə “Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətin istənilən sülh sazişinin, eləcə də BMT Nizamnaməsinin aliliyinin əsasını təşkil etməsi” anlayışı yaranıb və Kiyevin təklif etdiyi “sülh formulu”nun 10 bəndinin əsas mövzuları üzrə işçi qruplarının yaradılması qərara alınıb.
“Dövlət başçılarının görüşünün tarixi hələ müəyyən edilməyib, lakin ilin sonuna qədər bu, kifayət qədər real hesab olunur”, – mənbə xəbər verir.
//Samir Qurbanov, Editor.az