Ciddi addımlar atılmalıdır: Bu məsələlərə ciddi yanaşmaq üçün gərək kimsə ölsün?- Millət vəkili ETİRAZ ETDİbackend

Ciddi addımlar atılmalıdır: Gərək kimsə ölsün?- Millət vəkili ETİRAZ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir neçə gündür gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq olması nəticəsində Bakının su altında qalması, tunellərin su ilə dolması və nəticədə iki nəfərin həyatını itirməsi səhnələrini ürəkağrısı ilə izləmişəm. Güclü yağış çox ağır hadisələrlə nəticələndi. Bu tip təbii fəlakətlərə səthi yanaşmaq olmaz”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Millət vəkili bildirib ki, həmin ərazilərdə əvvəllər ölüm halları olmasa da subasma hadisəsi dəfələrlə qeydə alınıb:

“Bakının kanalizasiya sistemində ciddi problem var. Təbii ki, bura 10 milyardlarla vəsait tələb olunur, ancaq ümumilikdə isə elə yerlər var ki, onlar təxirəsalınmaz müdaxilə tələb edir. Bu ərazilərdən biri Sabunçu ərazisindəki keçiddir. Şəhərin müxtəlif yaşayış massivlərində də analoji hallar yaşanıb. Problemlərlə bağlı belə görünür ki, vaxtında ciddi addımlar atılmayıb. Bu, çox üzücüdür. Çünki həmin ərazilərdə bundan əvvəl ölüm olmasa da maşınlar, insanlar su altında qalıb. Bu məsələlərin hamısına ciddi yanaşmaq üçün gərək kimsə ölsün? Bu, biraz narahat edici məqamdır. Ən ağrılı məsələ isə odur ki, bu işlər layihələndirilən zaman təbii fəlakətlər nəzərə alınmayıb? Bununla bağlı ai diyyatı qurumlar ciddi addımlar atmalıdır.

Bakının yaşadığı bu problemlərdə müəyyən məsuliyyətsizlik də hökm sürür. Aidiyyatı qurumların bu məsələlərin həlli ilə bağlı israrlı cəhdləri olmayıb.Problemlərin aradan qalxması üçün hökumət tərəfindən ciddi büdcə ayrılmalıdır. Noyabr ayında gələn ilin büdcəsi müzakirə edilərkən bunlar təbii olaraq nəzərə alınacaq. Ümid edirəm ki, Maliyyə Nazirliyi aidiyyatı qurumlarla birgə bu problemlərin həlli yolları ilə bağlı sistemli qərarlar verəcək.

Aramsız şəkildə günlərlə leysan yağışlar yağsa bəs nolacaq? Belə anlaşılır ki, Bakını sel yuyub aparacaq. Bu kimi təbii fəlakətlərin nəzərə alınmaması ciddi məsuliyyətsizlikdir. Minlərlə insan həyatını itirə bilər. Əlavə olaraq mənim deputatı olduğum İmişli rayonunda bir neçə binaların zirzəmisi su ilə doludur. Orada da leysan yağışlar yağsa minlərlə insan məhv olar, onların canlarını xilas etmək mümkün olmaz. Bəs bunun məsuliyyətini kim daşıyacaq?”.

//Gülnarə Abasova, Editor.az