Ciddi problemlər var! – “AZAL idarəetmədən uzaqlaşdırılmalıdır”backend

Ciddi problemlər var! – “AZAL idarəetmədən uzaqlaşdırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vətəndaşdan AZAL-ın təyyarə biletlərinin çox baha olması barədə şikayətlər gəlir”.
Bu sözləri Milli Məclisin növbəti plenar iclasında deputat Razi Nurullayev deyib. O, bildirib ki, AZAL dövlət şirkətidir. Dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır:
“AZAL-da təyyarə biletinin qiyməti 14 günlük müalicədən baha başa gəlir. Bu məsələyə təcili əncam çəkilməlidir. Vətəndaşdan AZAL-ın təyyarə biletlərinin çox baha olması barədə şikayətlər gəlir.
 Az qala, iki ildir ki, insanlarımız ölkədən kənara çıxa bilmirlər.
Xaricə uçmaq ancaq “seçilmişlə”r, xüsusi biznes imtiyazına malik olanlar, maaşla yaşamayanlar və qeyri-qanuni yollarla varlananlar üçündürsə, o zaman Azərbaycanda olan sanatoriyaları göstərək.
Maaşla yaşayanlar və ümumiyyətlə, maaşı olmayanlar gedib orada sağlamlıqlarını bərpa etsinlər…”.
Editor.az xəbər verir ki, iqtisadçı- ekspert Rəşad Həsənov AZAL-ın fəaliyyəti barədə “Sherg.az”a danışıb:
“ “Bazar” liberal olmadığına görə belə problemlər yaranır. Qiymət tələb və təklif əsasında formalaşsa da, AZAL bazara alternativin daxil olmasına imkan yaratmır və qiyməti özü diktə edir. Məsələ ondan ibarətdir ki, AZAL həm hava yolu şirkəti, həm də aeroportları idarə edən qurumdur. Beləliklə, o, infrastukturu özü idarə etməyə çalışır və ədalətsiz davranır, o cümlədən digər şirkətlərin qarşısında şərtlər qoyur. Beləliklə, qeyri-şəffaflıq yaranır. Eyni zamanda AZAL-ın hesabatlılığının sıfır səviyyədə olması məyusedicidir”.
R.Həsənov, həmçinin çıxış yolunu da göstərdi:
“Təəssüf ki, hava limanları qeyri-adekvat fəaliyyət göstərirlər. Bütün yük paytaxtdakı hava limanının üzərinə düşür, digərləri, demək olar, işləmir. Yəni ciddi problemlər var. Aeroportların idarəedilməsi AZAL-dan alınmalı və digər özəl şirkətlərə verilməlidir. Daha konkret desək, AZAL şirkət kimi idarəetmədən uzaqlaşdırılmalıdır”.