Çikaqoda 28 may Azərbaycan Respublikası Günü elan edilibbackend

Çikaqoda 28 may Azərbaycan Respublikası Günü elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 28 mayın Azərbaycan Respublikası Günü kimi tanınmasına dair bəyanat qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Çikaqo şəhər meri Lori Laytfut imzaladığı bəyanatda bildirilib ki, sözügedən şəhər yarandığı gündən bəri dünyanın hər yerindən fərqli mədəni irslə tanınan müxtəlif icmaların evinə çevrilib.

Bu şəhərdə sənət və musiqi, ticarət və maliyyə, qanun və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin inkişafına öz töhfələrini bəxş edən qürurlu Amerika Azərbaycanlıları İcmasına da aiddir. Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) və Şimali Karolinada fəaliyyət göstərən azərbaycanlı icması Çikaqo, Durhem, Fayetevillla, Apeks, Şarlotta şəhərləri və Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanı təşviq etmək, daha yaxşı şəhər və cəmiyyət üçün çalışırlar. Bu səbəbdən 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının növbəti ildönümü münasibətilə 28 may 2021-ci il tarixinin Azərbaycan Respublikası Günü kimi tanınması elan edilib.

Qeyd edək ki, bəyanatlar İllinoys şatatında Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun və Mehriban Məmmədovanın, Şimali Karolina ştatında isə “Azərbaycan Dostluq Təşkilatının” rəhbərli Adika İqbalın təşəbbüsləri ilə qəbul edilib.

 

 

Editor.az