Amerikanın Florida ştatının çimərliklərindən birində istirahət edən dəniz yosunlarının arasından şübhəli görünən zibil torbası tapıb.
“Bild”in məlumatına görə, hadisə yerinə gələn polis oradan bazar dəyəri bir milyon dollardan çox olan kokain tapıb. ABŞ Sahil Mühafizəsinin zabiti Samuel Briggs, “Debbie qasırğası 32 kq ağırlığında 25 çanta kokaini sahilə vurub” deyib. Sahil Mühafizəsi tərəfindən yayılan fotolarda qırmızı üçbucaqla bəzədilmiş 25 narkotik paketinin hər biri əks olunub.
Qeyd edək ki, Debbi qasırğası bir gün əvvəl Floridanın şimal-qərbində quruya çıxıb. Küləyin sürəti 130 km/saata çatıb.
//Samir Qurbanov, Editor.az