Misirin şərqindəki Marsa Alam çimərliyində köpək balığı turistlərə hücum edib.
Yerli Ətraf Mühit Nazirliyinin məlumatına görə, bir nəfər ölüb, bir nəfər yaralanıb. Ölən və yaralananlar İtaliya vətəndaşlarıdır. Misirin Ətraf Mühit Nazirliyinin Facebook-da paylaşdığı yazıya görə, köpəkbalığı hücumu təhlükəsiz üzgüçülük zonasından kənarda baş verib.
Zərərçəkmiş hazırda qonşu Port Qalib şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib və lazımi yardımlar göstərilir. Nazirliyin rəhbəri Yasmine Fuad dekabrın 30-dan etibarən hücumun baş verdiyi ərazidə iki gün ərzində çimməyə qadağa qoyulmasını əmr edib.
//Samir Qurbanov, Editor.az