Çimərliklərdə 9 nəfərin meyiti tapılıbbackend

Çimərliklərdə 9 nəfərin meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir həftə ərzində Türkiyə çimərliklərində 9 nəfərin meyiti tapılıb.

Editor.az bu barədə yerli KİV-ə istinadən məlumat verir. Məlumata görə, Antalyadakı çimərliklərdə 6 nəfərin meyiti aşkar edilib.

İlkin məlumata görə, bunlar qayıq qəzası nəticəsində həlak olan suriyalı qaçqınlardır. Bu gün səhər saatlarında isə Muğlada çimərlikdə bir balıqçı qadın meyiti ilə rastlaşıb. Bir az sonra Antalyada daha iki qadının cəsədinin tapıldığı məlum olub. Faktla bağlı araşdırma aparılır.

//Samir Qurbanov, Editor.az