“Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşan aktrisa, müğənni Çimnaz Sultanova yeni paylaşımı ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, cazibədar sənətçi seksual pozları ilə izləyicilərini cuşa gətirib. O, “Dalaşdıq” adlı mahnısının sədaları altında görüntülərini pərəstişkarları ilə bölüşüb.
Sultanova paylaşımına “Gecələr oyaqsan, mənim kimi / İçini yeyirsən bilirəm, bilirəm / Mən də dözmürəm, inan, yarım / Darıxmaqdan ölürəm, ölürəm” – deyə mahnıdan sitat gətirərək şərh yazıb.
Aktrisa paylaşımı ilə də diqqətləri üzərinə çəkməyi bacarıb.

