Çin 13 Amerika şirkətinə sanksiya tətbiq edibbackend

Çin 13 Amerika şirkətinə sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hakimiyyəti Tayvanı silahla təchiz etdiyinə görə 13 Amerika hərbi təşkilatına sanksiya tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bəyan edib ki, ABŞ-ın Tayvana silah satışı “bir Çin” prinsipinin, eləcə də üç Çin-Amerika bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Diplomatlar bunu Çinin daxili işlərinə ciddi müdaxilə kimi qiymətləndirirlər. Nəticədə 13 şirkət və 6 rəhbər işçi Çinin sanksiya siyahısına salınıb.

//Gülnarə Abasova, Editor.az