Çin 2030-cu ilə qədər Aya astronavt göndərməyi planlaşdırdığını açıqlayıbbackend

Çin 2030-cu ilə qədər Aya astronavt göndərməyi planlaşdırdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin 2030-cu ilə qədər öz astronavtlarını Aya göndərməyi planlaşdırır. Editor.az xəbər verir ki, bu barədə Çinin İnsanlı Kosmik Uçuş Proqramı İdarəsi (CMSA) WeChat sosial şəbəkəsində məlumat yayıb. “Layihə planına görə çinlilər ilk dəfə 2030-cu ilə qədər Aya enəcəklər, bu missiya zamanı iki astronavt idarə olunan Ayda gəzinti aparacaq”, – CMSA-dan bildirilib.

Qeyd edilib ki, astronavtlar Ayın səthində roverində hərəkət edə, elmi təcrübələr və tədqiqatlar apara bilərlər. Aprel ayında Çin 2024-cü ildə Ayın uzaq tərəfinə bir zond göndərməyi planlaşdırdığını açıqlamışdı. Bundan əvvəl, fevral ayında Çin Ayın səthinə astronavtları endirəcək Ayın eniş aparatının maketini nümayiş etdirmişdi.

//Gülnarə Abasova, Editor.az