Çin ABŞ-a səsləndi: “Rusiyaya qarşı sanksiyaları dayandırın”backend

Çin ABŞ-a səsləndi: “Rusiyaya qarşı sanksiyaları dayandırın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Ukrayna böhranında təxribatçı münasibətə son qoymağa və Rusiyanı hədəf alan sanksiyaları dayandırmağa çağırıb.

Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra Moskvanı hədəf alan sanksiyaları pisləyib.

“Əgər Birləşmiş Ştatlar həqiqətən də Ukraynada gərginliyin azaldılmasına töhfə vermək istəyirsə, o, sanksiya bayraqlarını dalğalandırmağı dayandırmalı və sülh danışıqlarını asanlaşdırmalıdır”,- XİN sözçüsü deyib.

Qeyd edək ki, dünən Ağ Evin sözçüsü Cen Psaki Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça qəsəbəsində çəkildiyi iddia edilən görüntülərlə bağlı Avropa Birliyi (AB) ilə eyni vaxtda aprelin 6-da Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar elan edəcəklərini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az