Çin və ABŞ arasındakı ticarət müharibəsində qalib olmayacaq.
Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.
“Ticarət və tarif müharibələrinin qalibi yoxdur, təzyiq və təhdidlər isə Çinə qarşı faydasızdır”,- Lin deyib. ABŞ prezidenti Donald Tramp fevralın 2-də Meksika, Kanada və Çindən gətirilən mallara gömrük rüsumunun tətbiq edilməsi haqqında fərman imzalayıb. Meksika və Kanadaya tətbiq edilən gömrük rüsumu dərəcəsi yüzdə 25 olarkən, Çinə tətbiq edilən gömrük rüsumu dərəcəsi yüzdə 10 olaraq təyin olundu. Daha sonra Vaşinqton həmin ölkələrdən gələn mallara tətbiq edilən 25% idxal vergisini 30 gün müddətinə dayandırdı, lakin Çindən gələn mallara tətbiq edilən vergini qaldırmadı.
Çinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında Daimi Nümayəndəliyi ABŞ-ın Çin mallarına tətbiq etdiyi 10 faizlik gömrük rüsumunun ikitərəfli iqtisadi əməkdaşlığa mane olduğunu və qlobal təchizat zəncirini sabitsizləşdirdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az