Çin ABŞ-a və Aİ ölkələrinə pilotsuz təyyarə və onların komponentlərinin tədarükünü əhəmiyyətli dərəcədə azaldıb: Ukrayna narahatdırbackend

Çin ABŞ-a və Aİ ölkələrinə pilotsuz təyyarə və onların komponentlərinin tədarükünü əhəmiyyətli dərəcədə azaldıb: Ukrayna narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin pilotsuz təyyarələrin və onların komponentlərinin tədarükünü əhəmiyyətli dərəcədə azaldacağını elan edib ki, bu da Ukraynada müharibənin gedişinə təsir göstərə bilər.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Nəşrə görə, Çin və ABŞ arasında münaqişənin kəskinləşməsi indi Ukraynanın müdafiəsi üçün vacib olan texnologiyalar sahəsinə təsir edib. Çin istehsalçıları artıq mühərriklər, akkumulyatorlar və uçuş nəzarətçiləri kimi əsas komponentlərin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar.

Bunlar tezliklə tətbiq oluna biləcək yeni ixrac qaydalarına ilkin addımlardır. Mənbələrin dediyinə görə, yeni məhdudiyyətlər lisenziyaların alınması və ya planlaşdırılan göndərişlər barədə hökumətə məlumat verilməsi tələbini ehtiva edə bilər.
Ucuz Çin komponentlərinə çıxışdan çox güvənən Ukrayna bu məhdudiyyətlərə görə əhəmiyyətli çətinliklərlə üzləşə bilər. Müharibə dövründə strateji əhəmiyyət kəsb edən pilotsuz təyyarələrin istehsalı təhlükə altına düşəcək.

//Samir Qurbanov, Editor.az