Çin ABŞ-ı kosmosda silah istehsalını dayandırmağa çağırıbbackend

Çin ABŞ-ı kosmosda silah istehsalını dayandırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ABŞ-ı yalan iddialar yaymağı və kosmosda silah istehsalını dayandırmağa çağırır.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən məlumat verilib. Dövlət Departamenti ABŞ-ı kosmosun militarizasiyasının arxasında duran ən güclü hərəkətverici qüvvə və kosmos təhlükəsizliyinə təhdid kimi təsvir edib. “Uzun müddətdir ki, Birləşmiş Ştatlar Çinə böhtan atmaq və ləkələməklə köhnə “Çin kosmik təhlükəsi” nəzəriyyəsini daim təkrarlayır, lakin bu, yalnız öz hərbi gücünü genişləndirmək və kosmosda hərbi üstünlüyünü saxlamaq üçün əsaslandırma axtarışıdır”,- deyə Çin Xarici İşlər Nazirliyi Pentaqonun Çin və Rusiyanın peyk əleyhinə silahları ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

Çin diplomatlarının fikrincə, Pekin kosmosdan dinc istifadənin tərəfdarıdır, kosmosda silahlanma yarışına qarşı çıxır və beynəlxalq ictimaiyyət tərəfindən danışıqlara və kosmosda silahlara nəzarət üzrə sənədin bağlanmasına şərait yaratmağa çalışır.

//Gülnarə Abasova, Editor.az