Çin: “ABŞ-ın əlavə tarifləri qaldırması öz maraqlarına uyğundur”backend

Çin: “ABŞ-ın əlavə tarifləri qaldırması öz maraqlarına uyğundur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Çinə tətbiq etdiyi əlavə gömrük rüsumlarını aradan qaldırması ABŞ istehlakçılarının və biznesmenlərinin maraqlarına uyğundur”.

Editor.az Türkiyənin “sabah” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Çin Ticarət Nazirliyinin sözçüsü Su Yutinq bu gün mətbuat konfransında deyib. Su Yutinq edilən dəyişikliklərin Çinin və bütün dünya ölkələrinin maraqlarına cavab verdiyini də qeyd edib.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen daha əvvəl bəyan etmişdi ki, o, ABŞ-ın Çinə tətbiq etdiyi bəzi əlavə rüsumları ləğv etməsinin tərəfdarıdır.

//Nəzərbəy, Editor.az