Çin: “ABŞ-ın günahı üzündən Yaxın Şərqdəki vəziyyət nəzarətdən çıxıb”backend

Çin: “ABŞ-ın günahı üzündən Yaxın Şərqdəki vəziyyət nəzarətdən çıxıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin xəbərdarlıq edib ki, ABŞ-ın günahı üzündən Yaxın Şərqdəki vəziyyət nəzarətdən çıxa bilər.

Editor.az bu barədə TASS agentliyinə istinadən xəbər yayıb. ABŞ-ın Yaxın Şərqdəki hücumlarını şərh edən Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi regiondakı vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün tərəfləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək sakit və təmkinli davranmağa çağırıb.

Vanq Venbin vurğulayıb ki, Pekin Vaşinqtonun Yaxın Şərqdəki hərəkətləri səbəbindən “son dərəcə çətin vəziyyətin” yarandığına inanır. Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ bilərəkdən Yaxın Şərqin ən böyük ölkələrini regional münaqişəyə sürükləməyə çalışır.

Fevralın 3-nə keçən gecə Amerika hərbçiləri İraq və Suriyanın sərhəd bölgələrində iranyönlü qrupların mövqelərinə silsilə hava zərbələri endirib.

//Gülnarə Abasova, Editor.az