Çin ABŞ-ın hərbi-sənaye şirkətinə qarşı sanksiyalar tətbiq etmək qərarı alıbbackend

Çin ABŞ-ın hərbi-sənaye şirkətinə qarşı sanksiyalar tətbiq etmək qərarı alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ABŞ-ın hərbi sənaye şirkəti Lockheed Martin-ə Tayvana silah satışına görə sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu bərədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) ABŞ Dövlət Departamentinin Tayvana 60,2 milyon dollar dəyərində Switchblade 300 (SB300) Piyada Əleyhinə və Zireh Əleyhinə Mobil Raket Sistemləri və 300 milyon dollarlıq ALTIUS 600M-V Pilotsuz Uçuş Aparatları satdığını elan edib. O, bu qərarın səbəbinin ABŞ-ın bu yaxınlarda “Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan etməsi olduğunu və bunun “Vahid Çin” prinsipini ciddi şəkildə pozduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az