ABŞ münasibətləri yaxşılaşdırmaq üçün Çin haqqında düzgün mövqe ortaya qoymalıdır.
Editor.az xəbər verir ki, bunu Çinin dövlət agentliyi Sinxua Çin sədri Si Cinpinin ABŞ-a səfəri ilə bağlı bildirib. Agentlik qeyd edib ki, son vaxtlar Çin və ABŞ arasında müsbət qarşılıqlı fəaliyyət tendensiyası artıb. ABŞ texnoloji, ticarət və iqtisadi əməkdaşlığa məhdudiyyətlər qoymağa davam edərkən, Çinlə də əlaqə yaratmağa çalışır. Məqalə müəllifləri Çin və ABŞ-ın dünyanın iki ən böyük iqtisadiyyatı olduğuna diqqət çəkiblər. Bu ölkələr arasındakı münasibətlər dünyanın ən mühüm ikitərəfli əlaqələridir və bu tərəflər arasında münaqişəyə nə iki ölkə, nə də dünya dözə bilməz: “Birləşmiş Ştatlar üçün Çinlə münasibətlərin yaxşılaşdırılmasının açarı Çin haqqında dəqiq anlayışı inkişaf etdirmək, sıfır məbləğli zehniyyətdən imtina etmək, əməkdaşlığı qurmaq və genişləndirmək və sabitliyi inkişaf etdirməyə davam etməkdir”.
Onun sözlərinə görə, Çin və ABŞ arasında münasibətlərin inkişafı və tərəqqisi fürsətə çevrilə bilər və bu ölkələrin daha ümumi maraqları var.
//Gülnarə Abasova, Editor.az

