Çin ABŞ-ın tərəfdaşı olmağa hazır olduğunu açıqlayıbbackend

Çin ABŞ-ın tərəfdaşı olmağa hazır olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Amerika Birləşmiş Ştatları arasında münasibətlər dünyanın ən vaciblərindən biridir. İki xalqın rifahı və bütün bəşəriyyətin gələcəyi onlardan asılıdır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-Çin Münasibətləri üzrə Milli Komitənin (ABŞ) ənənəvi iclasının iştirakçılarını təbrik edərkən yazıb. Si Cinpin vurğulayıb ki, Çin həmişə Çin-ABŞ münasibətlərini qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan əməkdaşlıq prinsiplərinə uyğun qurub. Üstəlik, siyasətçinin sözlərinə görə, Pekin həmişə Çin və ABŞ-ın uğurlarının hər iki ölkə üçün fürsət olduğu və bir-biri ilə rəqabət aparmaqdansa, inkişafda bir-birinə kömək etməli olduğu fikrinə sadiq qalıb.

Si Cinpin bildirib ki, Çin ABŞ-ın tərəfdaşı olmağa hazırdır və bu, təkcə iki ölkəyə deyil, bütün dünyaya fayda verəcək. ABŞ-Çin Münasibətləri üzrə Milli Komitə 1966-cı ildə ABŞ-da o dövrdə dünya siyasəti kontekstində Pekin və Vaşinqton arasında münasibətlərin inkişafından narahat olan bir qrup alim və siyasətçi, dini lider və iş adamı tərəfindən yaradılıb.

//Gülnarə Abasova, Editor.az