Çin ABŞ-ın tətbiq etdiyi ticarət tariflərindən danışıbbackend

Çin ABŞ-ın tətbiq etdiyi ticarət tariflərindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər ABŞ Çinlə ticarət məsələlərini həll etmək istəyirsə, təhdidlərə və şantajlara son qoymalıdır.

Editor.az xəbər verir ki, bu açıqlama ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian çıxış edib.

“Bu gömrük müharibəsi Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və Çinin cavab tədbirləri ölkənin qanuni hüquq və maraqlarını, eləcə də beynəlxalq ədaləti qorumaq üçün zəruridir”, – o deyib.

ABŞ daha əvvəl Pekinin ABŞ-a cavab tarifləri tətbiq etməsindən və danışıqlardan imtina etdikdən sonra Çindən idxal olunan mallara 245%-ə qədər gömrük rüsumları tətbiq etməklə hədələyib.

//Gülnarə Abasova, Editor.az