Çin, ABŞ-ın tarifləri artıracağı ilə hədələyəcəyi təqdirdə “sonuna qədər mübarizə aparacağına” söz verib.
“Financial Times” yazır ki, Çin Ticarət Nazirliyi ABŞ prezidenti Donald Trampın Çin mallarına əlavə 50% rüsum tətbiq etmək hədəsinə əməl edəcəyi təqdirdə cavab addımı atacağını bildirib.
“ABŞ bu artan tarif tədbirlərinə davam edərsə, Çin öz hüquq və maraqlarını qorumaq üçün qətiyyətlə əks tədbirlər görəcək”, – deyə Ticarət Departamentinin sözçüsü bildirib. Əgər ABŞ israr etsə, Çin sona qədər mübarizə aparacaq”. Çin departamentinin nümayəndəsi ABŞ-ın təhdidlərini səhv adlandırıb.
//Samir Qurbanov, Editor.az