NATO ölkələri Kiyevə hərbi-sənaye kompleksini zənginləşdirməyə imkan verən silah-sursat verməklə Ukraynadakı münaqişəni uzadır.
Editor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq ittifaq sammitinin bəyannaməsini şərh etdiyi brifinq zamanı bildirib.
Zhang Xiaogang Pekinin Ukrayna məsələsində obyektiv və ədalətli mövqe tutduğunu vurğulayıb: “Biz sülh danışıqlarını fəal şəkildə dəstəkləyirik, bu, beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınıb. Əksinə, ABŞ başda olmaqla NATO ölkələri atəşi yandırmaqla müharibədən böyük sərvət əldə etmək fürsətindən istifadə edirlər”.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban da Avropa İttifaqına üzv ölkələrin bəzi liderlərinin Ukraynadakı münaqişədən faydalandığını bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

