Çin Aİ liderlərindən Tayvan siyasətçilərinin Avropaya girişini qadağan etməsini tələb edirbackend

Çin Aİ liderlərindən Tayvan siyasətçilərinin Avropaya girişini qadağan etməsini tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Guardian” qəzeti xəbər verir ki, Çin hakimiyyəti Avropa liderlərinə Tayvan siyasətçilərinin AB-yə girişini qadağan etmək üçün təzyiq göstərir.

Qəzetin məlumatına görə, Çin AB qanunlarına və qaydalarına istinad edərək, tələblərə əməl etməməyin ikitərəfli münasibətləri pozmaq təhlükəsi yaradan “qırmızı xətləri” keçməklə eyni olduğunu iddia edir.

Nəşrin mənbələrinə görə, Çinin AB-yə “hüquqi məsləhəti” 2025-ci ilin noyabr və dekabr aylarında göndərilib. Məsləhətdə “Pekinin Avropanın viza siyasətini müəyyən etmək və tətbiq etmək hüququna hörmət etdiyi” qeyd olunur. Lakin Tayvan siyasətçilərinin Avropaya həddindən artıq səfər etməsinə imkan verən “boşluğa” işarə edilir. Məsləhət müəllifləri bir sıra Avropa qanunlarına və qaydalarına, o cümlədən Şengen Sərhəd Məcəlləsinə istinad edirlər.

Məcəllədə vətəndaş olmayan şəxslərin AB-yə girişinə icazə verilməsinin şərtinin “üzv dövlətlərin beynəlxalq münasibətlərinə təhlükə yaratmaması” olduğu göstərilir. Çin hesab edir ki, Tayvan siyasətçilərinin AB-yə girişi Avropanın Çinlə münasibətlərinə təhlükə yaradır. Çin həmçinin Avropa ölkələrinə BMT-nin nümunəsini izləməyi və Tayvan nümayəndələrinin bütün hökumət binalarına girməsini qadağan etməyi, Tayvan tərəfindən verilən ” diplomatik pasportları” qəbul etməməyi tövsiyə edir.

//Samir Qurbanov, Editor.az