Çin Avropa İttifaqını qarşılıqlı etimad və əməkdaşlığı gücləndirməyə çağırırbackend

Çin Avropa İttifaqını qarşılıqlı etimad və əməkdaşlığı gücləndirməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Avropa İttifaqı qarşılıqlı siyasi etimadı, dialoqu və əməkdaşlığı gücləndirməlidir.

Editor.az-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Pekində Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə keçirdiyi görüşdə Çin sədri Si Cinpin bildirib. Çin lideri vurğulayıb ki, Çin və Aİ qarşılıqlı faydalı əməkdaşlıq üçün tərəfdaş olmalı, daim siyasi etimadı gücləndirməli, strateji konsensus yaratmalı, müxtəlif maneələrdən xilas olmalı, dialoq və əməkdaşlığı gücləndirməlidir.

Si Cinpin qeyd edib ki, ÇXR və Aİ dünyada daha böyük sabitliyin və rifahın təmin edilməsində birgə məsuliyyət daşıyır və qlobal çağırışlara birgə cavab verməlidir. 2023-cü ildə Çin Xalq Respublikası ilə Avropa İttifaqı arasında Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılmasının 20 illiyi tamam olur. Bunun fonunda Çin lideri tarixi təcrübəni ümumiləşdirməyi, dünya inkişafının ümumi tendensiyalarına əsaslanaraq dünya qarşısında müdriklik və məsuliyyət nümayiş etdirməyi, düzgün tərəfdaşlıq mövqeyinə riayət etməyi təklif edib.

//Gülnarə Abasova, Editor.az