Çin: “Beynəlxalq gündəliyin əsas mövzusu qlobal iqtisadi inkişaf məsələləri olmalıdır”backend

Çin: “Beynəlxalq gündəliyin əsas mövzusu qlobal iqtisadi inkişaf məsələləri olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının xarici işlər naziri və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Komissiya Aparatının rəhbəri Vanq Yi bildirib ki, beynəlxalq gündəliyin əsas mövzusu yenə də qlobal iqtisadi inkişaf məsələləri olmalıdır. Editor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Çin Dövlət Şurasında keçirilən brifinqdə bildirib. Nazirin sözlərinə görə, inkişaf məsələləri yenidən beynəlxalq gündəmdə ön sıralarda yer almalıdır.

Vanq Yi inkişaf etməkdə olan ölkələrin beynəlxalq əmək bölgüsünə daha yaxşı inteqrasiya olunacağına və bütün ölkələrdə insanların inkişafdan daha ədalətli şəkildə faydalana biləcəklərinə əminliyini ifadə edib.

Daha əvvəl bildirilmişdi ki, Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi Pekinin digər dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərən hərbi blokların özbaşına genişlənməsinə qarşı olduğunu bildirib. Onun sözlərinə görə, hər kəsin təhlükəsizliyi üçün uyğun mühit yaratmaq lazımdır. O, təhlükəsizlik sahəsində qanuni narahatlıqlara qarşılıqlı hörmət, hərbi blokların icazəsiz genişlənməsinə qarşı çıxmağı və digər ölkələr ətrafında təhlükəsizlik sferasının sərtləşdirilməsini təklif edib.

//Gülnarə Abasova, Editor.az