Çin: “Bəzi ölkələr Ukrayna böhranında yanğını alovlandırmağı dayandırmalıdır”backend

Çin: “Bəzi ölkələr Ukrayna böhranında yanğını alovlandırmağı dayandırmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Çin Qanq ölkəsinin Ukrayna böhranında son bir ildə artan qarşıdurma və gərginlikdən narahat olduğunu ifadə edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Pekində keçirilən Lanting Forumunda çıxış edən nazir Çinin problemin həlli üçün dialoq və danışıqları təşviq etmək, bütün tərəflərin narahatlıqlarına cavab verəcək ümumi təhlükəsizlik anlaşmasını inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağını açıqlayıb.

Ukrayna probleminin Avropaya qalıcı sülh gətirəcək siyasi həll yoluna ehtiyac olduğunu vurğulayan nazir ABŞ-ı nəzərdə tutaraq bəzi ölkələrin yanğını alovlandırmağı dayandırmalı olduqlarını diqqətə çatdırıb. Nazir dünyada nizamsızlıq və qarşıdurma riskinin artdığına işarə edib: “Sülhsevər ölkələr mövcud düşmənçiliklərini bir an əvvəl bitirmək üçün səy göstərməlidirlər “.

//Safura Bənnayeva, Editor.az