Çinin xarici işlər naziri Vanq Yi İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə telefon danışığı zamanı Çinin sülh danışıqlarının irəliləyişində və Ukraynada humanitar böhranın qarşısının alınmasında konstruktiv rol oynamağı davam etdirdiyini bildirib.
Editor.az xarici mətbuata istinadən verdiyi məlumata görə çinli nazir bildirib ki, Avropada uzunmüddətli sabitliyin təmin edilməsi üçün Aİ, NATO və Rusiya bərabərhüquqlu dialoq aparmalı və birlik yaratmalıdır:
“Birtərəfli sanksiyalar vəziyyəti daha da çətinləşdirəcək və ziddiyyətləri kəskinləşdirəcək. Qarşılıqlı dialoq və məsləhətləşmə Şərq ölkələrinin siyasi müdrikliyi , diplomatik ənənəsidir və bu, öz effektivliyini hər zaman sübut edib. İndi vacib olan yanğını alovlandırmaq əvəzinə vəziyyəti asanlaşdırmaqdır”.
//Gülnarə Abasova, Editor.az

