Pekin Ukraynadakı münaqişə tərəflərinə silah çatdırmayıb və ABŞ-dan fərqli olaraq, böhranın uzanmasına töhfə verməyəcək.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çinin BMT-dəki (BMT) daimi nümayəndəsinin müavini Qenq Şuanq bəyan edib.
“Çin Ukrayna böhranının yaradıcısı və ya tərəfi deyil. Biz münaqişə tərəflərinin heç birinə silah verməmişik. Münaqişəni qəsdən uzadan ABŞ-dan fərqli olaraq, biz bunu etməyəcəyik”, – deyə o bildirib.
//Gülnarə Abasova, Editor.az

