Qərb Ermənistanı növbəti dəfə münaqişəyə hazırlayır-” Bu, ona baha başa gələcək”- Hərbi ekspertbackend

Qərb Ermənistanı növbəti dəfə münaqişəyə hazırlayır-” Bu, ona baha başa gələcək”- Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın üzərinə götürdüyü öhdəlikləri, işğal altında olan kəndləri azad etməməsi, Naxçıvanla Azərbaycan arasında ikitərəfli əlaqənin yaradılmasına mane olması fonunda silahlı qüvvələrini təkrar silahlandırması, Fransanın rəhbərliyi altında Azərbaycan qarşı təxribatlar törətməsi, qərb tərəfdaşları ilə birlikdə təlimlər keçirməsi, Azərbaycan sərhədinə zirehli texnikalar, qoşun, əlavə qüvvələr toplaması birmənalı şəkildə Azərbaycana qarşı aqressiv fəaliyyətinin əyani nümunəsidir. Bu proseslərin heç biri məğlub Ermənistanın milli maraqlarına uyğun gəlmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı təxribatların törədilməsi, bəzən dəfələrlə atəşkəsin pozulması Ermənistana çox ciddi itkilərlə başa gələ bilər:

“Nəticə etibarilə Ermənistanın törətdiyi son təxribatlar regionda münaqişənin alovlandırılmasına gətirib çıxara bilər, lakin bu münaqişənin də sonunun hansı nəticə ilə bitəcəyi hər birimizə məlumdur. Odur ki, törədilən təxribatlar Ermənistanın özü tərəfindən deyil, birbaşa olaraq Qərb, Fransa tərəfindən hazırlanır, Ermənistan tərəfindən isə həyata keçirilir. Başqa sözlə desək, ABŞ və Qərb Ermənistanı növbəti dəfə münaqişəyə hazırlayır. Onun ağrı-acısını isə Ermənistanın kövrək çiyinləri daşıyacaq”.

//Gülnarə Abasova, Editor.az