Çin çox praqmatikdir, bu addımı atmayacaq – Kiyevbackend

Çin çox praqmatikdir, bu addımı atmayacaq – Kiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinə Rusiyaya stavka etmək sərfəli deyil, çünki Kreml perspektivi olmayan müttəfiqdir.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İtaliya mediasına deyib.

Çinin Rusiyaya silah verməsi ehtimalından danışan Podolyak belə bir məntiq üçün səbəb görmədiyini vurğulayıb:

“Bu, dərhal aşkara çıxacaq və Çin digər ölkələrlə ticarət və texnoloji əlaqələrini təhlükə altına atacaq. İkincisi, çökməkdə olan Rusiyaya nə üçün kömək etmək lazımdır? İndiki Rusiya tezliklə öz fəaliyyətini dayandıracaq. Bu, geridönməz sərmayə olardı və Çin belə səhvlərə yol verməyəcək qədər praqmatikdir”.

Onun sözlərinə görə, Çin qanunları müharibə şəraitində olan dövlətə silah verilməsini qadağan edir:

“Bu gün Rusiyaya stavka etmək mənasızdır, o, perspektivli müttəfiq deyil, əksinə, zəifliklərini həddindən artıq aqressivliklə kompensasiya etməyə çalışan geridə qalmış ölkəyə çevrilir. Rusiya birbaşa şantajdan, ələalmadan, siyasi sui-qəsdlərdən, hərbi münaqişələrdən istifadə edir. Bütün bunlar destruktiv texnologiyalardır. Çin isə tam fərqli, daha uzun, çoxistiqamətli masalarda oynayır”.