Çin çoxqütblü dünya qurmaq üçün ərəb ölkələri ilə əməkdaşlığa hazırdırbackend

Çin çoxqütblü dünya qurmaq üçün ərəb ölkələri ilə əməkdaşlığa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ərəb ölkələri ilə birlikdə çoxqütblü dünya və iqtisadi qloballaşmanı müdafiə etməyə hazırdır.

Editor.az xəbər verir ki, bu barədə Çin sədri Si Cinpin deyib. Çin lideri açılış nitqində deyib: “Çin ərəb ölkələri ilə dünyada bərabər və nizamlı çoxqütblülüyün, inklüziv iqtisadi qloballaşmanın və qlobal idarəçilikdə Cənub-Cənub əməkdaşlıq modelinin yaradılmasının birgə müdafiəsi üçün işləməyə hazırdır”.

Qeyd edək ki, Pekində Çin və Ərəb Ölkələri Əməkdaşlıq Forumunun 10-cu Nazirlər Toplantısı keçirilib. Mayın 11-də iqtisadçı Toni Norfild Rusiya və Çinin yeni alternativ çoxqütblü dünya yaratdığını irəli sürüb ki, bu da Qərbin mövqeyinin zəifləməsi deməkdir. “Ümumi mənzərə ondan ibarətdir ki, onlar (Rusiya Federasiyası və Çin Xalq Respublikası – redaktorun qeydi) faktiki olaraq alternativ dünya yaradırlar… Onlar elə bir sistem quracaqlar ki, ölkələr əməkdaşlıq etsinlər və bir-birinə hörmətlə yanaşsınlar”. Norfild əlavə edib ki, bu proses istər-istəməz Qərbin beynəlxalq aləmdə rolunun zəifləməsi deməkdir. Eyni zamanda, iqtisadçının fikrincə, Rusiya və Çinin çoxqütblü dünya arzulaması Pekin və Moskvanın Qərbi düşmən kimi görməsi anlamına gəlmir.

//Gülnarə Abasova, Editor.az