Gənc çinli turist dağlarda azıb və orada 10 gün qalıb.
Editor.az bu xəbəri South China Morning Post-a istinadla (SCMP) yayıb. Jurnalistlərin məlumatına görə, 18 yaşlı Sun Lianq təkcə Şaansi əyalətindəki Qinlin dağ silsiləsi ilə 170 kilometrlik çətin marşrutu dırmaşmağa cəhd edib. Turist çayla aşağı getməyə çalışsa da, bir neçə dəfə yıxılaraq qolunu sındırıb. Küləkdən qorunmaq üçün quru samandan yataq düzəldib və arxasında böyük bir daş qoyub. Ekstremal idmançı dərədən su içib, diş pastası və qar yeyib, buna görə də sağ qalıb kömək gözləyə bilib. Xilasedicilər onu 10 gündən sonra tapıblar.
Gəncin cəhd etdiyi piyada marşrutu gözlənilməz hava şəraitinə görə Çində ən çətin beş marşrutdan biri hesab olunur. Son 20 ildə bu təhlükəli marşrutdan geri dönməyən turistlərin sayı 50-ni ötüb. SCMP-nin məlumatına görə, Sun Lianqın xilas edilməsi əməliyyatında 30-dan çox adam iştirak edib. Ekstremal idmançının ailəsi indi 80 min yuan (11 min dollar) ödəməli olacaq. Xilas edilən ekstremal idmançı daha sonra sosial şəbəkədə qorxduğunu yazıb. Kişi alpinistləri və dağ turistlərini bu yerlərdən uzaq durmağa çağırıb.
//Gülnarə Abasova, Editor.az