Çin Donald Trampın gömrük rüsumlarından yan keçmənin yolunu tapıbbackend

Çin Donald Trampın gömrük rüsumlarından yan keçmənin yolunu tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya ABŞ prezidenti Donald Trampın külli miqdarda gömrük rüsumlarından yan keçmək üçün ilk növbədə Çindən gələn xarici malları Cənubi Koreyaya aid etmək cəhdlərində artım müşahidə edib.

Bu barədə aprelin 21-də gömrük xidmətinə istinadən “Reuters” agentliyi məlumat yayıb. Məqalədə qeyd edilir ki, 2025-ci ilin birinci rübü üçün xüsusi auditdən sonra Cənubi Koreya gömrük xidməti təxminən 21 milyon dollar dəyərində qanun pozuntuları aşkar edib ki, bunun da 97%-i ABŞ-a göndərişlərin payına düşür. Müqayisə üçün qeyd edək ki, bütün 2024-cü il ərzində bu cür pozuntuların ümumi məbləği 24,6 milyon dollar təşkil edib ki, bunun da 62%-i ABŞ-a çatdırılma ilə bağlı olub.
KİV yazır ki, söhbət xüsusən də Çindən ölkəyə gətirilən və mənşəyi Cənubi Koreya kimi ABŞ-a gətirilən akkumulyatorların istehsalı üçün istifadə olunan katod materiallarından gedir. Həmçinin ABŞ tariflərindən yan keçmək üçün Çindən hissə-hissə gətirilən və Cənubi Koreyada yığılan videomüşahidə sistemləri haqqında. Bu məhsulların bəziləri artıq xaricə çatdırılıb.

Cənubi Koreya Gömrük Xidmətinin təhqiqat planlaşdırma departamentinin direktoru Li Kvanq-vu vurğuladı ki, Trampın ilk prezidentliyi dövründə gizli ixrac cəhdlərində artım olub, ona görə də Seul indi də oxşar tendensiya gözləyir. Media aprelin 21-də Cənubi Koreya gömrük rəsmilərinin Amerika rəsmiləri ilə görüşərək istintaqda birgə səyləri müzakirə etdiyini yazır.
Cənubi Koreya rəsmiləri bildiriblər ki, xarici şirkətlər, o cümlədən qonşu Çindən olan şirkətlər ABŞ-ın azad ticarət paktı ilə əsas müttəfiqi olan Cənubi Koreyadan tariflərdən yayınmaq üçün yan keçid yolu kimi istifadə edə bilərlər.

Agentlik yazır ki, Cənubi Koreyanın gömrük xidməti hazırda malların qanunsuz ixracı cəhdlərinin qarşısını almaq üçün xüsusi əməliyyat qrupu yaradıb və şirkətlərini qorumaq üçün daha konkret cavab tədbirləri hazırlamağı planlaşdırır.

//Samir Qurbanov, Editor.az