Çin Əfqanıstana 31 milyon dollarlıq qida, peyvənd və dərman göndərirbackend

Çin Əfqanıstana 31 milyon dollarlıq qida, peyvənd və dərman göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Van Yi ölkəsinin Əfqanıstana 31 milyon dollarlıq qida, Covid peyvəndi və dərman yardımı verəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, Pakistan, İran, Tacikistan, Özbəkistan və Türkmənistandan olan həmkarları ilə görüşən Çinli nazir bu ölkələrdən Əfqanıstanla əməkdaşlıq etmələrini istəyib. Çin 15 Avqustda Əfqanıstanın paytaxtı Kabili ələ keçirən və 20 il sonra ölkəyə nəzarəti bərpa edən Taliban ilə uzun müddətli münasibətlər qurub.

İyul ayında Pekində Taliban nümayəndə heyəti qəbul edilib və Çin rəsmiləri tərəfindən Taliban heyətinə iqtisadi yardım vəd edilsə də, Əfqanıstanın “terror təşkilatları üçün bir baza olaraq istifadə edilməsinə” icazə verilməyəcəklərini vurğulayıb. Taliban rəsmiləri Çini Əfqanıstanın ən əhəmiyyətli beynəlxalq tərəfdaşlarından biri olaraq qəbul edir.

Qeyd edək ki, Çində bəzi sosial media istifadəçiləri Əfqanıstanda qadınlara göstərilən münasibətə görə ölkələrinin Talibanla əlaqələrini tənqid edirlər.

//Gülnarə Abasova, Editor.az