Çin FƏTH və HƏMAS nümayəndə heyətlərini bir araya gətirəcəkbackend

Çin FƏTH və HƏMAS nümayəndə heyətlərini bir araya gətirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəhəng beynəlxalq gücü ilə Fələstində iki dövlətli həll və Yaxın Şərqdə sülh üçün vasitəçilik fəaliyyətlərini artıran Çin Fəth və HƏMAS nümayəndə heyətlərini bir araya gətirəcək toplantıya ev sahibliyi etməyə hazırlaşır.

Editor.az xəbər verir ki, fələstinli qruplar arasındakı parçalanmaya son qoymaq görüş üçün iyulun 20-də baş tutacaq.

İyulun 20-də Çində başlayacaq danışıqların 3 gün davam edəcəyini bildirən Devle Fələstin məsələsinin çətin şərtləri və Qəzza zolağına qarşı soyqırım müharibəsi davam edərkən Fəth hərəkatı olaraq bütün maneələri aşmağa açıq olduqlarını ifadə edib. Devle bildirib ki, Çində keçiriləcək danışıqlara Fəth Hərəkatının vitse-prezidenti Mahmud əl-Alul rəhbərlik edəcək. Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü Əzzam əl Əhməd də Çində keçiriləcək toplantıda Fəth Hərəkatının parçalanmaya son qoymaqda ciddi olduğunu bildirib. Hələlik HƏMAS görüşlə bağlı açıqlama verməyib.

//Gülnarə Abasova, Editor.az