Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olubbackend

Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki Çin hökuməti gəmisi Şərqi Çin dənizindəki Senkaku adaları yaxınlığındakı Yaponiya sərhədini pozub. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi Qüvvələri məlumat verib. Hadisə barədə verilən məlumata görə, Çin gəmiləri dənizdə olan bir yapon balıqçı gəmisinə yaxınlaşmaq istəyib və Yaponiya Sahil Mühafizə Qüvvələri isə onlara ərazini dərhal tərk etmələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son hadisə ilə bir yerdə Çin artıq 12-ci dəfədir ki, Yaponiyanın su sərhədini pozur. Çin gəmiləri sonuncu dəfə iyunun 23-də Yaponiyanın ərazi sularına daxil olmuşdu.

Xatırladaq ki, Senkaku adaları Yaponiyanın nəzarətində olsa da Çin və Tayvan bu adalara ərazi iddiası irəli sürüb. Yaponiya hüquqi cəhətdən adaların ona məxsus olduğunu bildirsə də tərəflər arasında tez-tez sərhəd pozma problemləri yaşanır.

//Nəzərbəy Hacıağayev, Editor.az