“Çin gömrük müharibəsinə girmək istəmir. Çünki bu savaşda qaliblər olmayacaq, amma döyüşdən də qorxmur”.
Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian brifinqdə məlumat verib.
“Tariflər və ticarət müharibələrində qaliblər yoxdur. Çin döyüşmək istəmir, lakin döyüşməkdən də qorxmur. Biz Çin xalqının qanuni hüquq və maraqlarından məhrum olmasına tamaşa etməyəcəyik, beynəlxalq iqtisadi və ticarət qaydaları və çoxtərəfli ticarət sistemi dağıdıldığı halda biz dayanmayacağıq”, – Lin Jian vurğulayıb.
Vaşinqton tariflər və ticarət müharibələrində israr edərsə, Pekin “acı sona qədər mübarizə aparacaq”, diplomat deyir
Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi He Yonqyan bundan əvvəl bəyan etmişdi ki, Çin hakimiyyəti Vaşinqtonun iqtisadi təzyiqinə boyun əyməyəcək və öz maraqlarını müdafiə etməyə davam edəcək.
ABŞ prezidenti Donald Tramp aprelin 9-da ABŞ-ın 75-dən çox ölkəyə tətbiq etdiyi rüsumların dayandırıldığını açıqlayıb.O, həmçinin ABŞ-ın Çinə tətbiq etdiyi tarifləri dərhal 125 faizə qaldıracağını bildirib. Onun sözlərinə görə, Çin “dünya bazarlarına hörmətsizlik” göstərib.
//Gülnarə Abasova, Editor.az