Çin Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq bu ilin avqustunda Sarı dənizdə Britaniya və Amerika gəmiləri tərəfindən tələyə salınıb. Fəlakət nəticəsində 55 çinli dənizçi həlak olub.
Lakin rəsmi olaraq, Çin hakimiyyəti dənizçilərin ölümü və sualtı qayığın fəlakəti ilə bağlı məlumatları təsdiqləmir.
Editor.az bildirir ki, bu barədə Britaniyanın “Daily Mail” (DM) qəzeti Böyük Britaniya kəşfiyyatına yaxın mənbələrə istinadən xəbər verib. DM-nin həmsöhbətləri Taycan boğazında baş verən fəlakətin təxmini tarixini 21 avqust 2023-cü ildə aid edirlər. Nəşrin məlumatına görə, Britaniya kəşfiyyatçılarının topladığı məlumatlar ümumilikdə 55 ekipaj üzvünün həlak olduğunu göstərir: 22 zabit, 7 kursant, 9 kiçik zabit və 17 dənizçi.
Bundan əlavə, DM-nin məlumatına görə, ölənlər arasında Çin hərbi sualtı qayığının kapitanı Xue Yong-Peng də olub. Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian Çin hərbçilərinin kütləvi ölümü və Çin Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının fəlakəti ilə bağlı xəbərləri “mütləq yalan” adlandırıb. Tayvan Müdafiə Nazirliyi də bu xəbərləri təsdiqləmir və qəza ilə bağlı heç bir dəlil tapa bilmədiyini vurğulayır.
//Samir Qurbanov, Editor.az

