“Ukraynadakı böhranı bir gecədə həll etmək olmaz. Eyni zamanda, respublikanın müttəfiqləri ilə Rusiya arasında münaqişənin qızışdırılması həll yolunu tapmağa kömək etməyəcək”.
Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui bildirib. Diplomat mürəkkəb problemlərin sadə həllinin olmadığını və Ukrayna böhranının bu günə qədər inkişaf etməkdə davam etdiyini vurğulayıb. Li Hui əlavə edib ki, Çin gərginliyi azaltmağa və danışıqlara kömək etmək üçün hər şeyi etməyə hazırdır.
2023-cü il fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını təqdim edib. 12 maddədən ibarət sənəddə Ukraynada böhranın eskalasiyasının qarşısını almaq üçün atəşkəs çağırışları, həmçinin Rusiya və Ukrayna tərəfləri arasında dialoqun dərhal bərpası tələbləri yer alıb. Sənəddə vurğulanır ki, münaqişənin yeganə həlli dialoqdur və beynəlxalq ictimaiyyət sülh danışıqlarını asanlaşdırmaq üçün düzgün yanaşmaya riayət etməlidir.
//Gülnarə Abasova, Editor.az