Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Rusiya və Ukraynaya səfər edəcəkbackend

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Rusiya və Ukraynaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukraynadakı hərbi münaqişəni müzakirə etmək üçün mart ayında Rusiya və Ukraynaya, eləcə də daha üç Avropa ölkəsinə səfər edəcək.

Editor.az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq brifinqdə danışıb. “Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna böhranının siyasi həllini təşviq etmək üçün martın 2-dən Rusiya, Aİ-nin mənzil-qərargahı, Polşa, Ukrayna, Almaniya və Fransaya səfər edəcək”, – deyə o bildirib. 2023-cü ilin may ayında da cənab Li də bu beş ölkəyə səfər etmişdi.

O, yerli hakimiyyət orqanları ilə Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmişdi. Avqust ayında Çinin xüsusi nümayəndəsi Rusiyanın dəvət olunmadığı Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı beynəlxalq konfransa qatılmışdı.

//Samir Qurbanov, Editor.az