Çin iki ayda BRİKS ölkələrindən 57,86 milyard dollar dəyərində enerji resursları idxal edibbackend

Çin iki ayda BRİKS ölkələrindən 57,86 milyard dollar dəyərində enerji resursları idxal edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkə BRİKS ölkələrindən 57,86 milyard dollar enerji resursları idxal edib.

Editor.az “RİA Novosti”yə istinadla xəbər verir ki, 2023-cü ilin ilk yeddi ayında Çin BRİKS ölkələrindən 17,3% artımla 422,78 milyard yuan (57,86 milyard dollar ekvivalenti) enerji resursları (neft, kömür və təbii qaz) idxal edib.Eyni zamanda, hesabat dövründə Çin BRİKS ölkələrindən 14,9% artımla 270,24 milyard yuan (36,98 milyard dollar) kənd təsərrüfatı məhsulları idxal edib. O cümlədən, soya idxalı 7,9%, ət idxalı 13%, dəniz məhsulları idxalı 22,4%, yemək yağı idxalı isə 185,4% artıb.

Qeyd edək ki, Çin, Hindistan, Braziliya və Cənubi Afrika liderlərinin qatılacağı BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçiriləcək. BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir və bu yaxınlarda Argentina, İran, Əlcəzair, Tunis, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla ən azı 19 ölkə bu iqtisadi bloka qoşulmaq istəyini bildirib.

//Gülnarə Abasova, Editor.az