“Çin ilin sonuna qədər Çin və Aİ liderləri arasında görüşə hazırlaşmaq üçün Avropa tərəfi ilə əlaqələri və koordinasiyanı gücləndirməyə hazırdır”.
Editor.az “RİA Novosti” yə istinadla xəbər verir ki, bunu Çin və Aİ arasında xarici siyasət məsləhətləşmələrinin 16-cı raundu çərçivəsində Pekində Sun Weidong və Aİ baş katibinin xarici işlər üzrə müavini Enrike Mora arasında keçirilən görüşdə Çinin xarici işlər nazirinin müavini Sun Veydonq deyib.
Çin nümayəndəsi həmçinin bəyan edib ki, Çin və Avropa İttifaqı arasında münasibətlər həm yeni imkanlar, həm də yeni çağırışlarla üz-üzədir. Nazir müavini qarşılıqlı faydaya nail olmağın və bir-birinin fundamental maraqlarına hörmətlə yanaşmağın zəruriliyini vurğulayıb.
Mora bildirib ki, “Avropa tərəfi “vahid Çin” prinsipinə sadiq qalır və Aİ ilə ÇXR arasında konstruktiv və sabit münasibətləri inkişaf etdirmək üçün Çinlə əməkdaşlığa hazırdır.
//Gülnarə Abasova, Editor.az

