2023-cü ilin ilkin nəticələrinə görə, Çin ilk dəfə olaraq xarici avtomobil satışlarında birinci olub.
Editor.az “RİA Novosti” yə istinadla bu mövzuda Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobinə istinadən yazır. Dövr ərzində avtomobil satışları 12% artaraq 30,094 milyon ədədə çatıb. Eyni zamanda, 2023-cü ilin yanvar-dekabr aylarında tam yığılmış avtomobil ixracı 57,9% artaraq 4,91 milyon avtomobil olub.
Ümumi satışın daha 1,203 milyonu yeni enerji mənbələri ilə işləyən avtomobillərdən əldə edilib (illik əsasda +77,6%). Çinin avtomobil ixracatındakı bu təsirli artımı qismən Rusiyaya borclu olduğu görünür. 2023-cü ildə Çin avtomobillərinin Rusiya bazarına tədarükü 800 min ədəddən çox artıb. Həftənin əvvəlində 2023-cü ildə Rusiya Federasiyasında avtomobil istehsalının 16% artaraq 720 min ədədə çatacağı bildirilib.
Eyni dövrdə daxili bazarda 1,3 milyondan çox yeni avtomobil satılıb. Bundan əvvəl Rusiya CASCO satışlarında rekord artım qeydə alıb.
//Gülnarə Abasova, Editor.az

