Çinin sürətlə inkişaf edən iqtisadi böhranının miqyası 2015-ci ildə birjaların çökməsinə səbəb olan böhranı keçə bilər.
Editor.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir.
2021-ci ildən bəri Çin və Honq Konq səhmləri təxminən 6 trilyon dollar dəyər itirib. Çinin əsas daxili bazar indeksi CSI 300 son beş ilin ən aşağı səviyyəsinə düşüb. Çinin daşınmaz əmlak bazarında vəziyyət daha da ağırdır: Ən böyük developerlər öz hesablarını ödəyə bilmirlər və sənaye defolt dalğası yaşayır.
Bundan əvvəl məlum idi ki, Çin rəsmiləri fond bazarını sabitləşdirmək üçün təxminən 2 trilyon yuan (278 milyard dollar) dəyərində xüsusi fond yaratmağı düşünürdülər. Dövlət şirkətlərinin ofşor hesablarından vəsaitlərin çıxarılması təklif edilir.
//Gülnarə Abasova, Editor.az

